Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.
APA-nın xəbərinə görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" səhifəsində bildirilib.
"Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik", - deyə Estoniya XİN qeyd edib.