Norveç qondarma “Dağlıq Qarabağ Respublikası”da keçirilən "seçkiləri" tanımır. APA xəbər verir ki, Norveçin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilib.
Qeyd olunub ki, Norveç Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir.
“Norveç qondarma “DağlıqQarabağ Respublikası”nı və müvafiq olaraq martın 31-də keçirilən “seçkilər”i tanımır. Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçilik səylərini dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.