“Xalq cənab Prezidentin apardığı bu köklü islahatlara öz dəstəyini verməlidir və verir də”
"Biz həmişə partiya olaraq, Azərabaycanı dayanıqlı inkişafa yönəldəcək islahatların aparılmasının tərəfdarı olmuşuq. Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, vətəndaşlar da ayrı-ayrılıqda bunun önəmini vurğulayırlar".
Bu sözləri “Sherg.az”a BAXCP sədrinin müavini, “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib.
Birlik sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, ölkənin siyasi rəhbərliyi köklü islahtların geniş miqyasda aparılmasını davam etdirəcək:
"Dövlət başçısının Azərbaycanda həyata keçirilən islahatlar bütün sahələrdə bu istiqamətdə atılan addım və onun nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın inkişaf yolu bütün sahələri əhatə edən bu islahatlardan keçir. Biz də partiya olaraq, Azərbaycanın inkişafını dövlət başçısının apardığı bu islahatlarda görürük. Bütün sferalarda – istər siyasi, istər iqtisadi, istərsə də kadr sahələrində aparılan islahatlar Azərbaycanın inkişafının əsas istiqamətinə çevrilib. Bu islahatların son nəticəsi olaraq, bütün sahələrdə inkişaf prosesinin getdiyi özünü göstərməyə başlayıb. Aparılan islahatlar və bunun qarşılığında əldə olunan nəticələr ölkəmiz üçün çox vacibdir. İslahatlar həmişə uğurlu bir tendensiyanın, uğurlu inkişaf prosesin başlanğıcı olub. Düşünürük ki, Azərbaycan xalqı cənab Prezidentin apardığı bu köklü islahatlara öz dəstəyini verməlidir və verir. Hər bir vətəndaş bu islahatlara yaxından öz töhfəsini verməlidir. İslahatlar o zaman öz müsbət nəticəsini göstərir ki, atılan bu addımlar xalq tərəfindən dəstəklənir. Necə ki, Azərbaycanda belə bir prosesin şahidi oluruq".
N.Orduxanlı tarixi təcrübəyə istinadən xalqın və ölkənin inkişaf mərhələlərində aparılan islahatların hər zaman böyük rol oynadığını deyib:
"Sevindirici haldır ki, bunu dərk edən xalq prezidentin rəhbərliyi ilə həyata keçirilən bu işlərə dəstək verir. Bu da inkişafın göstəricisidir ki, vətəndaşlar ayrı-ayrılıqda atılan bu addımları təqdir edir. Paralel olaraq, əldə edilən müsbət nəticələr fonunda hər bir siyasi təşkilat, siyasət adımı, dövlət məmuru bu islahatları dəstəkləməlidir, ona öz töhfəsini verməlidir.
Bu gün dünyanın ən inkişaf etmiş ölkələri, xalqları belə islahatlardan keçib. Siyasi, iqtisadi islahatların nəticəsində indiki vəziyyətə gəlib çatıblar. Bu gün Azərbaycanda gedən həmin prosesin başında Prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva dayanıb. Bu islahatlar ölkənin və xalqın inkişafında əsas və həlledici rol oynayır. Bunun nəticəsidir ki, pandemiya ilə mübarizədə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən irəlidədir. İstər yoluxma, istərsə də itki sayındakı minimallıq bu islahatların nəticəsində hasil olub. Azərbaycan pandemiya ilə effektli mübarizədə dünyada ilk beşlikdədir, yəni ön sıradadır. Bu işləri də Azərbaycan üçün aparan ölkənin rəhbəridir, bu da onun xalqa, dövlətə olan sevgisidir".
BAXCP sədrinin müavini əlavə edib ki, 10 milyon əhalinin yaşadığı Azərbaycanda pandemiyaya cəmi 1800 nəfər yoluxub, bunun da 1200 nəfəri sağaldılaraq evə buraxılıb:
"Bu çox böyük bir göstəricidir. Artıq rəhbərlik vəziyyəti nəzərə alaraq, tədricən karantin rejiminin yumşaldılması prosesini həyata keçirir. Bu aparılan islahatların nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə ön sırada gedən dövlətə çevrilib. Bir daha qeyd edirəm ki, hər bir kəs prezidentin apardığı siyasi, iqtisadi, məhkəmə-hüquq və kadr islahatlarına öz dəstəyini nümayiş etdirməlidir. Prezident çıxışı ilə məmurlara xəbərdarlığını etdi. Bundn sonra nəticəni çıxartmaq məmurların öhdəsinə düşür"