“Paşinyan tutarlı faktlar qarşısında "mat qaldı”

“Baş nazir hər dəfə özünü rüsvay edir”

“O öz davranışları ilə küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirib”


"Prezident İlham Əliyevin Nikol Paşinyanı  beynəlxalq ictimaiyyətin gözü önündə aciz və gülünc duruma salmasını növbəti diplomatik qələbəmiz hesab edirəm".  
Bu sözləri  “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib. 
E.Mehdiyevin sözlərinə görə,  siyasi və diplomatik qabiliyyəti olmadığından Paşinyan hər dəfə özünü belə tədbirlərdə rüsvay edir:

"Artıq bununla neçənci dəfədir ki, Paşinyan tutarlı faktlar qarşısında mat vəziyyətdə qalır. Və belə çətin bir vəziyyətdə özünü ifşa edərək səhvlər buraxır. Paşinyanın Sammitdəki çıxışı onun dil biliyinin səviyyəsinin nə qədər aşağı olduğunu bir daha göstərdi. Cənab İlham Əliyevin geniş nitq söyləyərək Paşinyana verdiyi tutarlı cavab   Ermənistan prezidentini çətin vəziyyətə saldı və o fikrini ingilis dilində çatdıra bilmədiyindən, keçdi ermənicə yalanlar danışmağa". 



AXCP-nin sədr müavini hesab edir ki,  Paşinyan Ermənistandakı son vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış etməyə çalışırdı. Amma Ermənistan prezidentinin bu çıxışı onun yürütdüyü faşist ideologiyasını kölgədə saxlaya bilmədi:

"Sammitdəki çıxışı Paşinyanın növbəti yalan və saxtakarlıq cəhdi idi və o öz davranışları ilə küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirib. Erməni baş nazir absurd fikirləri ilə göstərib ki, mitinqlərdə çıxış etməklə beynəlxalq səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyini həyata keçirə bilmək tamamilə ayrı-ayrı şeylərdir. Bu, bütün hallarda istənilən hökumət başçısı üçün arzuolunan vəziyyət deyil".