PKK Türkiyəyə ildə ən azı 2 milyard dollar ziyan vurur

Türkiyə ordusu son vaxtlarda terrorçulara qarşı əməliyyatları artırıb.

Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, 2016-cı ildən başlayaraq, Türkiyənin antiterror əməliyyatları aktiv hal almağa başlayıb.

Bildirilib ki, Türkiyənin Suriyada keçirdiyi 4 genişmiqyaslı əməliyyatla cənub sərhədində yaradılması planlaşdırılan terror dəhlizi məhv edilib. Türkiyə bölgədə həm terrorla, həm də böyük köç axını ilə mübarizə edib. Əməliyyatlar çərçivəsində minlərlə terrorçu zərərsizləşdirilib, yüzlərlə türk hərbçisi isə şəhid oldu. Hazırda PKK çökmüş vəziyyətdədir. Xalq bölgədə PKK-nın tələblərini yerinə yetirmir.

Bəs PKK Türkiyəyə nə qədər ziyan vurub?

Mütəxəssislərin fikrincə, PKK Türkiyəyə ildə ən azı 2 milyard dollar ziyan vurur.

35-40 ili nəzərə alsaq, bu rəqəm 80 milyard dollara çatır.