İran və Rusiya arasında fevral ayının ortalarında keçiriləcək hərbi təlimlər Hindistan okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
APA İRNA-ya istinadən bildirir ki, bunu bazar günü İran ordusunun komandir müavini Həbibollah Sayari söyləyib.
O bildirib ki, təlimlər Hindistan Okeanının şimal hissəsində təhlükəsizliyin təmin edilməsinə yönəlib.