Ermənistanın müxalifət partiyası Paşinyan hökümətinin Azərbaycanla gizli sərhəd razılaşmasına getməsindən şübhələnir.
“Sherg.az” xəbər verir ki, bu barədə “armenews.com” saytında məqalə dərc olunub.
Həmin partiya Ermənistanın hazırkı hökmətindən Ermənistan-Azərbaycan sərhədlərindəki delimitasiya (Bağlanmış müqaviləyə uyğun təsvir edilməklə və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsi) prosesi ilə bağlı izahat tələb edib. Tələbdə bildirilib ki, Qarabağda gedən müharibədən sonra imzalanan 10 noyabr sazişinin detalları müxalifətə və eləcə də ictimaiyyətə açıqlansın.
Bu müxalif partiya delimitasiya prosesinin Ermənistanın cənub-şərqində yerləşən Sünik vilayəti boyunca aparıldığını iddia edir. Bildirilib ki, həmin zonada Ermənistan hərbi birləşmələri bu ölkənin içərəsinə doğru geri çəkilib.
Qeyd edək ki, məlum xəbər ödənişli olduğu üçün tam mətni tərcümə etmək mümkün olmadı.
Tərcümə etdi: Ayyət Əhməd