Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə Reykyavikdə apardığı danışıqların konstruktiv keçdiyini bildirib.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN başçısı deyib ki, tərəflərdə ötən illərdə Moskva və Vaşinqtonun münasibətlərində yaranmışqeyri-sağlam vəziyyəti aradan qaldırmaqla bağlı anlayış mövcuddur.