Sərhədlərin demarkasiyası: “Ermənistan məqsədyönlü ajiotaj yaradır”

Bu gün “Şərq Tv”-nin “Düzünü deyək” verilişinin qonağı tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov oldu. O, Zəngəzur və Qaragöl ətrafında demarkasiya, demilitasiya prosesi barədə də danışdı: 
“Ermənilər bunu hər addımı öz suverenliklərinə “təhdid” kimi qiymətləndirirlər. Əsində isə belə deyil. Biz sadəcə sərhədlərimizi müəyyən edirik. Və bu prosesin səbəbkarı Ermənistanın işğal siyasətidir. İndiyədək sərhədlərimizi müəyyənləşdirə bilməmək isə məhz torpaqlarımızın tapdaq altında olması ilə əlaqədar idi”.
 
 F.Abbasovun fikrincə, düşmənin yaratdığı ajiotaj məqsədyönlüdür: 

“Bildiyiniz kimi, Ermənistanda seçkilər ərəfəsidir. Keçmiş prezidentlər Köçəryan, Ter- Petrosyan və başqaları fəallaşıblar. Onlar hər fürsətdən istifadə edərək milli adam olduqlarını göstərmək və daha çox tərəfdar toplamaq istəyirlər”.