Dünyada 2025-ci ili ilk qarşılayan Kiribati adası olub.
Sherg.az Axşam.az-a istinadən xəbər verir ki, Kiribati artıq 1 yanvar 2025-ci ili yaşayır. Sakit okeanın bu kiçik adası həm də Milad adası kimi də tanınır.
Kiribatidən sonra cəmi 15 dəqiqə fərqlə ili Yeni Zelandiyanın Çatem adaları qeyd edib. Ardınca Yeni Zelandiyanın özü, Tokelau və Tonqa kimi bir sıra digər Sakit okean adaları da 2025-ci ilə keçib.