Polşa Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycan-Ermənistan normallaşmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə verməyi planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə müddəa Polşanın 01.01.2025 – 30.06.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən fəaliyyət proqramında yer alıb.
Sənəddə o da bildirilir ki, bu kimi addımlar Bakı və İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi üçün imkanlar yaradacaq.