Antalyada zəlzələ olub

Türkiyənin Antalya vilayətində 4,5 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentrinin Antalya körfəzində 7 kilometr dərinlikdə olduğu açıqlanıb.