Tehranda bir gündə üç küçəyə "erməni şəhid"lərin adları verilib. Bu ermənilər 1980-1988-ci illərdəki İran-İraq savaşında gəbəriblər. Küçələr indi Paylak Avdiyan, Alfred Qabri və Vardan Ağakanyanın adlarını daşıyır. Maraqlısı odur ki, həmin savaşda şəhid olanlar arasında minlərlə azərbaycanlı var. O vaxt İran ordusunun zabit heyətinin yarıdan çoxu məhz soydaşlarımızdan ibarət idi. Elə isə nədir İranın bu erməni sevgisi?! Deyəsən, “qara sevda” məhz buna deyirlər...
Politoloq Sədrəddin Soltan İranın addımı barədə “Sherg.az”a danışdı:
“Ermənilər həm də İran İslam Respublikasının vətəndaşıdırlar. Deməli, müharibədə iştirak etmək borclarıdır. Ölənlərin xatirələri hər il yad edilir. Yəni burada qeyri-adi bir məqam yoxdur. Sadəcə İran bundan təbliğat aləti kimi istifadə edir, özünü tolerant göstərməyə çalışır. Əslində isə İran dini cəhətdən tolerant deyil. Bunu dinini dəyişənlərə qarşı təqiblərin aparılması sübut edir. Ümumiyyətlə, Ermənistan və İranın maraqları, düşmənləri ortaqdır. Ona görə bir-birilərinin “zəif nöqtələrindən” yararlanırlar”.