Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.
“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik”, – deyə Fransa prezidenti bildirib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədrinin müavini, politoloq Həsrət Rüstəmov “Sherg.az”a açıqlamasında liderlər arasındakı görüşün əhəmiyyətini yüksək qiymətləndirdi:
“Fransanın hazırkı prezidenti Makronun müsəlman dünyasına, o cümlədən Azərbaycan və Türkiyəyə münasibəti açıqdır. Lakin bütün hallarda düşünürəm ki, görüş Bakı və Ankaranın maraqlarına cavab verir. Həmçinin dialoq Avropa İttifaqı ilə Türkiyə münasibətləri baxımından da əhəmiyyətlidir. Bildiyiniz kimi, tərəflər arasındakı əlaqələr zəifləmişdi. Bundan sonra bərpa oluna bilər”.