Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalyada Küveytin Baş nazirin birinci müavini, xarici işlər naziri Şeyx Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah ilə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycan-Küveyt əməkdaşlıq əlaqələri, perspektivlər müzakirə olunub.