Ermənistan prezidenti səhər tezdən səs verib

Ermənistanda parlament seçkiləri keçirilir.

APA-nın sputnik.am-a istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda keçirilən erkən parlament seçkilərində səhər tezdən səs verib.

2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Qeyd edək ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.