Akif Nağı: "Biz müharibədə qalib gəlmiş xalqıq, amma gələcəkdə görüləsi işlərimiz də çoxdur"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videoçarx hazırlanıb. Ombudsman Aparatından bildirilib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti ilə bağlı faktlar, Ermənistanın siyasi rəhbərliyi səviyyəsində azərbaycanlılara qarşı nifrət ifadə edən nitqlər, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı sosial şəbəkələrdə ermənilərin verdiyi şərhlər və reaksiyalar videoda öz əksini tapıb.
Bununla yanaşı, videoda Ombudsmanın münaqişə nəticəsində zərər çəkmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya haqqında məlumatlara da yer verilib. Videoda istifadə edilmiş materiallar bir daha sübut edir ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət aşılanması məqsədilə uzun illərdir həyata keçirilən siyasət nəticəsində gənc nəslin də bu ruhda yetişdirilməsi bölgədə sülhün bərqərar olmasına böyük maneə yaradır. Qeyd edək ki, bir müddət əvvəl Ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi ilə bağlı hesabat ünvanlayıb.
Mövzu ilə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, tarix boyu erməni daşnaklarının türklərə - azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının və terror aktlarının sayı-hesabı yoxdur. O qeyd edib ki, ermənilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb:
"Ermənilər bu xislətlərinə görə heç vaxt inkişafa nail ola bilməyiblər. Hər hansısa bir quruculuq işləri ilə məşğul olmaq, dövlətini inkişaf etdirmək kimi hisslər ermənilərə tamamilə yaddır. Biz bunu əsrlər boyu müşahidə eləmişik. Ona görə də heç vaxt onların dövlətləri olmayıb və hər hansı bir sahədə uğur əldə edə bilməyiblər. Yalnız ondan-bundan nəsə oğurlamaqla özlərini dünyaya göstərməyə çalışıblar. Onların həyat tərzi yalnız düşmən axtarmaqdan ibarətdir.
Özlərinə düşmən tapsınlar, ona qarşı təbliğat qursunlar və özlərini bütün dünyaya yazıq millət kimi göstərsinlər. Ona görə də ermənilərin bütün siyasətləri buna yönəlib. Qeyd edim ki, bu millət 1915-ci ildə olmayan hadisəni şişirtdilər və 100 ildir ki, bütün işlərini onun ətrafında qurublar. Başqa millət olsaydı özünün dövlətçiliyi inkişafı ilə məşğul olardı. İndi də çalışırlar ki, dünyaya səslərini çatdırsınlar ki, guya, Azərbaycan bunları əzdi. Dünən erməni saytları yazır ki, Avropa Şurası Parlament Assambleyasındakı deputatlardan biri çıxış edib və ağlayıb ki, bəs pandemiya dövründə Azərbaycan bizə hücum elədi.
Guya, Azərbaycan pandemiya vəziyyətində deyildi? Yəni bu cür məqamlarla diqqət cəlb etməyə və özlərini bədbəxt kimi qələmə verməyə çalışırlar. Bu, onlar üçün həqiqətən də çox bədbəxtçilikdir. Bu istiqamətdə sosial şəbəkələrdə bir çox paylaşımlar edirlər. Bir neçə gün bundan öncə "Rossiya today" telekanalının baş redaktoru Marqarita Simonyan Facebookda "Ayıl, oğlum!" adlı video paylaşıb. Beləliklə, Simonyan öz övladlarına azərbaycanlılara və türklərə qarşı nifrət aşılamaq əmrini verən ermənilərin ənənəsini davam etdirir. Təbii ki, bu onların bacarıqsızlığından irəli gəlir. Ona görə də Azərbaycan öz təbliğatını bu istiqamətdə qurmalıdır".
A.Nağı vurğulayıb ki, biz müharibədə qalib gəlmiş xalqıq, amma gələcəkdə görüləsi işlərimiz də çoxdur:
"Ermənilərin bu yalançı təbliğatına qarşı ciddi işlər görülməlidir. İlk növbədə beynəlxalq ictimai rəyi düzgün formalaşdırmalıyıq. Dünya başa düşməlidir ki, biz ermənilərə deyil, işğalçılara, terrorçulara və soyqırım törədənlərə nifrət edirik".