Prezident İlham Əliyev bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin XİN başçısını qəbul edib. Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib.
Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli üç ölkə rəsmisinin ölkəmizə səfərini “Sherg.az”a şərh etdi:
“Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nüfuzu artdı. Beləliklə, Aİ təkcə neft ölkəsi kimi deyil, həm də hərbi qüdrətli tərəf kimi bizimlə əməkdaşlıqda maraqlıdır. İkinci bir tərəfdən isə, Qərb regionda Türkiyə və Rusiyaya uduzdu. İndi Aİ-nin timsalında itirilmiş təsir gücünü bərpa etmək istəyir”.