Makron məktubunda yenə sərsəmlədi


Fransa prezidenti Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin qurulmasına qarşı çıxır

“Fransa Prezidenti Emmanuel Makron Nikol Paşinyana təbrik məktubunda çox ciddi şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqe ortaya qoyub”. Bu fikirləri Makron-Paşinyan arasında olan məktublaşma barədə şərh verən politoloq Məhəmməd Əsədullazadə bildirib. Siyasi şərhçi qeyd edib ki, Makron məktubunda həll edilmiş Qarabağ münaqişəsinin "Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb:

“Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin qurulmasına qarşı çıxır. Azərbaycanın ərazi bütövlüyünə qarşı gələrək, Qarabağın Ermənistanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır. Bu məqsədlə Minsk qrupu çərçivəsində danışıqların bərpasını irəli sürür.

Fransa Prezidenti E.Makronun irəli sürdüyü bu təklif, Ermənistanın maraqlarına zərbədir və bu N.Paşinyanın siyasətinə diametral ziddir. Təbii ki, Ermənistan belə bir siyasi çağırışa dəstək verərsə, Ermənistanın blokadada qalması qaçılmaz olar. Bu da N.Paşinyan üçün maraqlı deyil”. 

M.Əsədullazadə vurğulayıb ki, E.Makronun məktubunda qeyd edilənlərlə bağlı Azərbaycan Minsk qrupu formatından Fransanın çıxarılmasını tələb etməlidir və “belə bir ölkə orada qalacaqsa, danışıqlar aparmayacağam bəyanatı”nı verməlidir.