Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
M. Çavuşoğlu Livanın Baş nazirinin müavini və Niderlandın XİN başçısı ilə də təkbətək görüşlər keçirib.
Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bir neçə gün əvvəl Azərbaycanda səfərdə olub.