Baydendən İrana qarşı əmr:"...Hərbi mövqeyinin qarşısını alacaq”

“ABŞ və İran arasında nüvə sazişinin bərpası istiqamətində Vyanada davam edən danışıqlar prosesində Co Bayden İraqda və Suriyada İran dəstəkli qüvvələri, həmçinin yerli hərbi bazalarına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi barədə əmr verib. C. Baydenin bu hərbi əməliyyatlar əmrini verməsinə səbəb bir neçə amillər ola bilər. Birinci, C. Bayden bununla mühafizəkarların İraq və Suriyada aparacaq hərbi əməliyyatlara imkan verməyəcəyini elan etdi. İkinci, İran rəsmiləri nüvə sazişində öz iddialarını ortaya qoyduğuna görə C. Bayden bununla İrana təzyiq edir. Üçüncü, İsrailə mesaj verir ki, İranla nüvə danışıqlarına baxmayaraq ABŞ Yaxın Şərqdə İranın artan hərbi mövqeyinin qarşısını alacaq”. 

"Sherg.az" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.  Politoloq qeyd edib ki, göründüyü kimi cənub qonşumuz ABŞ -la həm danışıqlar aparır, həm də vəkalət müharibəsini davam etdirmək istəyir:

“Ona görə də Azərbaycan İranın Cənubi Qafqaz siyasətinə diqqətlə nəzər salmalı və bu ölkənin regionda nüfuzunun güclənməsinə imkan verməməlidir. Həmçinin İranla iqtisadi və nəqliyyat əməkdaşlığında İrana kreditlər verməməli və məsafəli davranmalıdır. İranın siyasəti daha da aqressivləşəcək və bu ölkə ilə geniş iqtisadi əməkdaşlıq Azərbaycanın milli maraqlarına cavab vermir. ABŞ-la danışıqlarında öz regional ambissiyalarına görə nüvə razılaşmasında diktə etməsi, anlaşmaları yerinə yetirməməsi aydın görünür”.