“Paşinyan Koçaryanı qıcıqlandırır” – ŞƏRH 

Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. Lakin seçkilər yekunlaşsa da, bəzi məsələlər həllini tapmayıb. Bir çox ekspertin fikrincə, Ermənistanda seçkilərdən sonra daxili vəziyyət daha da gərginləşəcək, müəyyən xaos yaranacaq.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində cinayət işi üzrə məhkəmə prosesi Yerevanın Şenqavit rayon məhkəməsində davam edir. Həmçinin Ermənistanın keçmiş baş naziri Armen Gevorkyanla bağlı məhkəmə prosesi də bərpa olunub.Bildirilib ki, əvvəlki məhkəmə prosesləri müxtəlif səbəblərə görə təxirə salınmışdı.

İrəvandakı daxili prosesləri “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda seçkilərin başa çatdığını düşünmür. Onun sözlərinə görə, siyasətçilərimizin böyük əskəriyyəti Ermənistanın konstitusiyasındakı seçki ilə bağlı müddüəalara lazımi qiymət verməyiblər:

“Əslində bu seçkilər tragikomediya idi və həmin tragikomediyanın sadəcə birinci pərdəsi  başa çatıb. Nikol Paşinyan Koçaryanı qıcıqlandırır ki, onun bloku parlamentə düşməsin.

Beləliklə, Paşinyan elan etsin ki, konstitusiyaya görə, hələ Ermənistanda parlament yoxdu. Yəni Ermənistan konstitusiyasına görə parlament odur ki, onun 30 faizi müxalifətdir.

Koçaryan və Sarkisyan parlamentə düşməyəcəklərsə, deməli, parlamentin 30 faizi, yəni müxalifət hissəsi olmayacaq. Parlamentdə 30 faizin müxalifət olması və müxalifətin parlamentdə iştirakı Ermənistanda konstitusion tələbdir. Paşinyan da bu addımı bilə-bilə atır.

Rəqəmləri elə qaydada saxtalaşdırıb ki, özünə istədiyi vəziyyəti yaratsın. Bununla da lazım olanda parlamentin olduğunu desin, yaxud əksinə lazım gəldikdə parlamentin olmayacağını söyləsin.

Çünki üçtərəfli bəyanatda elə məsələlərə qol çəkilib ki, bu gün Paşinyan həmin məsələləri reallaşdıra bilməyəcək.

Ona görə parlament seçkiləri ölkədə xaos vəziyyət yaratdı. Paşinyan özü bilə-bilə Koçaryanı qıcıqlandırır. Düşünürəm ki, yaxın zamanda Ermənistan parlamenti hökumətin sona qədər formalaşmasına imkan verməyəcək”.

 

 

 
--