“Atəşkəsin pozulmasının sirri: Axır ki, öz sərhədlərinə qapandılar. Ermənistan Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçmək istəyən hər kəsi məhv etməyi əmr etdi”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“İndiyədək aldığımız xəbərlər ancaq Azərbaycan sərhədi ilə bağlı idi. Amma proseslər artıq Ermənistan sərhədinə keçib. Bu, diplomatiyamızın uğurudur. Əlbəttə, biz işğalçı deyilik, kimsənin torpağında gözümüz yoxdur”.