“Paşinyanın Tehrana səfəri Bakıya mesaj olmalıdır”

“Bilməliyik ki, Azərbaycanın düşməni ilə dostluq edən bizə dost ola bilməz”


“Əslində Nikol Paşinyan seçkilərin nəticəsindən, yəni qələbəsini təmin etdikdən sonra Moskvaya getmişdi. Odur ki, ilk səfər məhz Rusiyaya olub”.
 Bu sözləri Paşinyanın İrana səfəri barədə “Sherg.az”a danışan ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyib.

 O, səfər barədə, həmçinin bunları dedi: “Bu, təəccüblü deyil. Məsələ ondan ibarətdir ki, həm Rusiya, həm də İran Ermənistanın strateji müttəfiqi hesab olunur. Cənub qonşumuz müharibə dövründə düşmən ölkənin əsas “qapısı” idi. Tonlarla silah-sursat daşınırdı. İndi Paşinyanın Tehrana səfəri və orada yüksək səviyyədə qarşılanması bizə mesaj olmalıdır. Bilməliyik ki, Azərbaycanın düşməni ilə dostluq edən bizə dost ola bilməz”.