İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" Türkiyə XİN-ə istinadən xəbər verir ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır.
Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.
"Biz terrorçuluqla mübarizədə terror təşkilatları arasında ayrı-seçkiliyin yolverilməz olduğunu hesab edirik. Özlərini hədəf almır deyə terror təşkilatlarına qucaq açanlara bunun ucunun bir gün özlərinə də toxunacağını xatırlatmaqda fayda var. Türkiyə Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK ve ona bağlı qruplaşmalarla mübarizəsini qətiyyətlə davam etdirəcək", - məlumatda vurğulanıb