Paşinyan üçün çətin olacaq: “Prosesləri idarə edə bilmir” – XAOS!

Ermənistanda daxili vəziyyət yenidən xoatikləşməkdədir. Proseslər seçkilərdən əvvəlki xarakterə qayıdır. Necə deyərlər, lent geriyə fıırlanır. Yenə də ağız deyəni qulaq eşitmir Və, ümumiyyətlə, kimsə kimsəni dinləmək istəmir...Xalq hakimiyyətə etimad göstərmir, iqtidar isə vətəndaşlarını görməzdən gəlir.

 Politoloq Qabil Hüseynli düşmən ölkədəki daxili vəziyyəti “Sherg.az”a dəyərləndirdi: 



“Ermənilər maksimalist, radikal xalqdırlar. Paşinyan vətəndaşların “əl - ayağını asanlıqla yığa bilməyəcək”.

“Dənizdən-dənizə dövlət” istəyən toplum baş nazirin siyasətdə labüd olan kompromislərini qəbul etmir.

Ona görə də sülh danışıqları, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin müəyyənləşməsi prosesi gecikir”.

 Q.Hüseynlinin fikincə, prosesləri idarə etmək Paşinyan üçün çox çətin olacaq:

“O, qalib gəlməsinə rəğmən, situasiyaya tam nəzarət edə bilmir. Amma Rusiya və Fransa baş naziri müdafiə edir. Üstəlik, hakimiyyətə gələcək başqa real namizəd də yoxdur. Bu isə o deməkdir ki, Ermənistan xalqı öz seçiminə hörmət edərək Paşinyana tabe olmalıdır. Lakin onun həyatına sui-qəsd gözlənilir. Bu da məhz hakimiyyətə alternativ siyasətçinin olmaması ilə əlaqədardır”.