“Proseslər belə davam edərsə, Azərbaycan anormal davranışların qarşısını alacaq”
“Bu istiqamətdə anti-terror əməliyyatlarının keçirilməsi də gözlənilir. Ermənistan bunu başa düşməlidir”
“Nə qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, nə qədər ki, demarkasiya və delimitasiya ilə bağlı komissiya yaradılmır belə hallar təkrarlanacaq”.
Bu sözləri sərhəddəki təxribatlar barədə “Sherg.az”a danışan millət vəkili Arzu Nağıyev deyib.
O, həmçinin düşmənin məqsədindən söz açdı: “İrəvan KTMT-ni proseslərə cəlb etmək istəyir. Hərçənd özü də bilir ki, rus qoşunları sərhəddə gəlsə, daha hansısa təxibat imkanı olmayacaq. Və ya bu, razılaşdırılacaq. İkinci bir tərəfdən, sərhədlər müəyyənləşənədək Ermənistan mühüm nöqtələri ələ keçirmək niyyətindədir”.
Analitikin fikrincə, rəsmi Bakı adekvat addımlar atacaq:
“Hər şeyə rəğmən, Azərbaycan öz işini görür- mövqelərimizi möhkəmləndirir, sərhədlərimizi qoruyuruq. Sülhməramlılar da öz işləri ilə məşğul olmalı, vəzifələrindən kənara çıxmamalıdırlar. Proseslər belə davam edərsə, Azərbaycan anormal davranışların qarşısını alacaq. Bu istiqamətdə anti-terror əməliyyatlarının keçirilməsi də gözlənilir. Ermənistan bunu başa düşməlidir”.