Qarabağda ciddi hərbi əməliyyatlar mümkündür - Politoloq

“Prezident İlham Əliyevin CNN Türk verdiyi müsahibə göstərir ki, Rusiya və Ermənistan vəziyyəti gərginləşdirib. 10 Noyabr Bəyannaməsinin bir neçə bəndi və 11 Yanvar üçtərəfli razılaşmaları artıq yerinə yetirilmir”.

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır:
 
“Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi, Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonrada verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər. Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, Yerevan hər fürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra, saxlanılan erməni diversantlar Ermənistana qaytarılmaycaq. Rusiya Ermənistanı silahlandırlmaqla, artıq İrevanla  sülh müqaviləsinin bağlanmasına imkan verməyəcək. Mən daima qeyd etmişəm ki, Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər, Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi. 
Qeyd edim ki, ötən ay Moskvada prezident İlham Əliyevin Putinlə görüşündən sonra vəziyyət gərginləşib. Həmin vaxtda belə bir şərh yazdım ki, Moskva görüşü nəticəsizdir və gərginliklər gözlənilir. Çünki Rusiya Azərbaycanın KTMT üzvülüyünə məcbur edir və Türkiyə ilə hərbi ittifaqa qarşıdır. Məhz Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi. Təbii ki, Azərbaycan buna getmədi”.
Politoloq əlavə edib ki, Qarabağda lokal hərbi əməliyyatlara və sərhəddə erməni təxribatlarına qarşı ciddi hərbi əməliyyatlar mümkündür.