Məlum olduğu kimi, Türkiyədə Rusiyaya məxsus amfibiya təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində beş Rusiya, üç Türkiyə vətəndaşı həlak olub. Hadisə Kahramanmaraş vilayətində baş verib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı təxribat ehtimalını “Sherg.az”a dəyərləndirdi:
“Bundan əvvəl Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün daha ciddi planlar işə salınmışdı. Amma onlar nəticəsiz qaldı. Odur ki, indi kimlərinsə belə zəif plana əl atacağına inanmıram. Yəni provokasiya ehtimalı çox azdır. Bu, sadəcə hansısa texniki nasazlıq ucbatından baş vermiş bədbəxt hadisədir”.