“Prezident İlham Əliyev hələ II Qarabağ müharibəsindən əvvəl də bildirirdi ki, Minsk Qrupu obyektiv deyil”
“İndi dövlət başçısının həmin mövqeyinin üstündə durması, əlbəttə, məqsədəuyğundur”
Prezident İlham Əliyev bu gün BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Dövlət başçısı bildirib ki, Qarabağla bağlı qətnamələri qəbul edənlərin, həm də BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədrlik edir.
Amma onlarda bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli iş görməyib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı sözügedən qurumun “ölü” təşkilat olmasına dair “Sherg.az”a danışdı: “Rusiya, Fransa və ABŞ Minsk Qrupu formatını yenidən ortaya atmaq istəyirlər. Bu, Ermənistanın da ürəyincədir. Ümumiyyətlə, onların Qarabağla bağlı mövqeləri həmişə üst-üstə düşüb. Deməli, Minsk Qrupu bizim əleyhimizədir. Odur ki, Prezident İlham Əliyev hələ II Qarabağ müharibəsindən əvvəl də bildirirdi ki, Minsk Qrupu obyektiv deyil. İndi dövlət başçısının həmin mövqeyinin üstündə durması, əlbəttə, məqsədəuyğundur”.