Paşinyanın müəmmalı məzuniyyəti:“Geri addım atdılar”

Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə üç günlük məzuniyyətə çıxacağı barədə elan verdi. Şübhəsiz ki, Maldiv adalarına getməyib. Bunun üçün nəinki onun, bütünlüklə Ermənistanın özünün iqtisadi imkanları yoxdur. Elə isə üç günlük istirahət nəyə hesablanıb? Həqiqətən, baş nazir işləməkdən yorulub?

 Politoloq Mübariz Əhmədoğlu bu barədə “Sherg.az”a münasibət bildirdi. Onun sözlərinə görə bu, Paşinyanın özünü sığortalaması üçün idi:

“Baş nazir qondarma respublikanın “müstəqilliyinin” Xankəndidə keçirilən otuz illik mərasiminəə gəlməməkdən ötrü belə bir addım atdı. Təsadüfi deyil ki, parlamentin spikeri, xarici işlər naziri də həmin tədbirdə olmadılar. Çünki başlarına nəyin gələcəyini bilirdilər. Gorus- Qafan yolu bağlananda Paşinyan və onun ətrafındakı bəzi deputatlar demişdilər ki, daha pis nəticələrlə üzləşə bilərik. Elə buna görə də geri addım atdılar”.