“Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.
O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim edərək 2021-ci ili Ahi Evran ili elan etdiklərini vurğulayıb.