“Bakı Rusiyanın “sülmərmalı oyunu"nun da qarşısını alacaq”

“Sülhməramlıların Qarabağa gəlişi üçtərəfli razılaşma ilə tənzimlənib”

“Azərbaycan istənilən təxribatın qarşısını almağa qadir dövlətdir”

“Sənəddəki bütün maddələrin yerinə yetiriləcəyinə əminəm. Beləliklə, söz-söhbətlərə qon qoyulacaq”


Jurnalist, siyasi şərhçi Faud Abbasov Qarabağdakı sülhməramlıların fəaliyyəti barədə danışıb. O, bildirib ki, rus sülhməramlılarının Qarabağda beş ildən artıq qalmasına mane olmaq lazımdır: 

“Bildiyiniz kimi, bəzi beynəlxalq təşkilatlar Ermənistanı dəstəkləyir. Sülhməramlıların fəaliyyət müddəti başa çatanda ermənilər guya onlara qarşı kütləvi soyqırımın olması haqqında dünyaya car çəkə bilərlər. Bu, tipik erməni fitnəsidir və Azərbaycan hakimiyyəti üçün gözləniləndir. Hətta, ola bilsin, ermənilər bu barədə saxta fotolar, videolar yayacaqlar. Bizsə BMT Təhlükəsizlik Şurasının növbəti iclaslarının birində rus sülhməramlılarının beynəlxalq sülhməramlılarla əvəzlənməsi məsələsini gündəmə gətirməliyik”.

 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səslənən təklifə dair fikirlərini “Sherg.az”la bölüşdü. O, düşünür ki, təşvişə ehtiyac yoxdur:

 “Sülhməramlıların Qarabağa gəlişi üçtərəfli razılaşma ilə tənzimlənib. Azərbaycan istənilən təxribatın qarşısını almağa qadir dövlətdir. Sənəddəki bütün maddələrin yerinə yetiriləcəyinə əminəm. Beləliklə, söz-söhbətlərə qon qoyulacaq. Məlum olduğu kimi, rəsmi Bakı indiyədək öz işini özü gördü: BMT-nin qətnamələrini yerinə yetirdik, Minsk Qrupunun vəzifəsini icra etdik. İran Qarabağa yüklər daşıyırdı. Nə oldu? Qarşısını aldıq. Yəni biz çox “oyun”ların qarşısını almışıq. Bundan sonra da hər cür “oyun”a hazırıq. Müxtəlif fikirlər məqsədli şəkildə yayılır və qələbəmizə kölgə salmaq üçündür». 

Kənan Novruzov