"Ermənistanın Azərbaycanın dinc şəhərlərinə endirdiyi zərbələrin yalnız bir məqsədi var idi: azərbaycanlıların öz torpaqları uğrunda döyüşmək istəyini qırmaq".
“Report” xəbər verir ki, bunu Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun böyük elmi işçisi Nikolay Zamikula Ermənistanın Vətən müharibəsinin gedişində Gəncə şəhərində törətdikləri dağıntıları şərh edərkən bildirib.
O, bunun hərbi ərazilərə və ya obyektlərə hücum olmadığını, deməli, hərbi hədəfləri vurmaq bəhanəsi ilə əsaslandırıla bilməyəcəyini deyib.
N.Zamikula bu hücumların insanlığa qarşı cinayət olduğunu və bu barədə dünya ictimaiyyətinə məlumat verməyin vacibliyini söyləyib: “Hazırda xaricdə müxtəlif yanaşmaların olduğunu görürük. Bəziləri ermənipərəst mövqedən çıxış edirlər. Bu sübutları həmin şəxslərə göstərmək və həqiqəti nümayiş etdirmək lazımdır”.