“Hər halda görüşün Tehranda keçiriləcəyinə baxmayaraq, bizim üçün daha əlverişli mühitdir”
“Çünki iki qardaş dövlət İranda çiyin-çiyinə olacaq”
Yaxın zamanda Tehranda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumat var. Müzakirələrin hansı tarixdə baş tutacağı hələlik məlum deyil. Lakin mövzuları təxmini müəyyənləşdirmək mümkündür. Şübhəsiz ki, cənub qonşumuzun son dövrlərdəki qeyri-adekvat davranışları da gündəmə gələcək.
Görüş barədə “Sherg.az”a danışan millət vəkili, politoloq Rasim Musabəyov düşünür ki, tərəflər regionla bağlı əsas proseslər ətrafında danışacaqlar: “Əlbəttə, İranın hərəkətləri unudula bilməz. Fikrimcə, sərt ritorika ilə, tələb dililə olmasa belə, bu məsələ gündəmə gələcək. Ola bilər ki, narahatlıq tam aradan qalxmasın, amma “təzyiq düşəcək”. Hər halda görüşün Tehranda keçiriləcəyinə baxmayaraq, bizim üçün daha əlverişli mühitdir. Çünki iki qardaş dövlət İranda çiyin-çiyinə olacaq”.
Kənan Novruzov