Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

Gürcüstanda bu gün bələdiyyə seçkiləri keçirilir.
Səsvermə 08:00-dan 20:00-dək davam edəcək.
Respublika sakinləri şəhər və rayon məclislərin başçılarını, habelə Tbilisi də daxil olmaqla 64 bələdiyyənin sədrini seçməli olacaqlar.
Seçkilərdə ümumilikdə 43 partiya iştirak edir.
Tbilisi meri postu uğrunda 16 namizəd mübarizə aparacaq.
Mənbə: TASS