Lukaşenko:"Qazaxıstanda baş verənlər xarici müdaxilə cəhdidir"



"Qazaxıstanda baş verənlər xarici müdaxilə cəhdidir".
"Sherg.az" "Tacc.ru"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Alkesandr Lukaşenko bildirib.
O qeyd edib:
 "Biz bundan narahat idik. Həmişə xəbərdarlıq etmişəm ki, hansısa çata yol verən kimi su ora sıçrayacaq. Bu, xarici müdaxilə cəhdi olub və davam edir.  İndi biz bu quldurların arxasında kimin dayandığını müəyyən etməliyik".

Onun sözlərinə görə, KTMT qüvvələrinin Qazaxıstana göndərilməsi “orada əllərini isitmək qərarına gələnləri” narahat edir:
 "Qarşıdurma var. Güman edirəm ki, orada artıq hər şey azalır. Çünki bizim kontingenti Rusiya ilə birlikdə oraya göndərmək, digər KTMT dövlətləri də qoşulacaq, bu, hələ də orada əl-qolunu isitmək qərarına gələnlərə ciddi təsir göstərir".