Putinlə Paşinyan Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 7-də telefon danışığı zamanı Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. 
"Sherg.az" xəbər verir ki, bu barədə "İzvestiya" Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı Nikol Paşinyan və Vladimir Putin Qazaxıstandakı mövcud vəziyyəti, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə addımların atılması prosesindən danışıblar. Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb. Mitinq iştirakçıları maye qazın bahalaşmasına qarşı çıxıblar. Qazaxıstanın prezidenti Tokayev kömək üçün KTMT-yə müraciət edib. KTMT sədri postunu tutan Ermənistanın baş naziri Nikol Paşinyan qurumun həmin ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün respublikaya sülhməramlı qüvvələr göndərəcəyini bəyan edib.

Xanlar ƏLİBƏY