KTMT Qazaxıstana görə toplanır

KTMT ölkələrinin liderləri Qazaxıstandakı iğtişaşlara görə görüşəcəklər.
Kremlin rəsmi saytında yer alan xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı razılıq əldə olunub.
“Kasım-Jomart Tokayevin qiymətləndirməsinə görə, hazırkı mərhələdə KTMT-yə üzv dövlətlərin liderləri arasında birgə danışıqlar tələb olunur. Vladimir Putin bu təklifi dəstəkləyib”, - deyə qeyd edilib.