“Demarkasiya, delimitasiya və yekun sülhlə bağlı ciddi mesajlar var”

“Ermənistan Rusiyanın mövqeyindən bir qədər uzaqlaşıb, Qərbə yaxınlaşmaq istəyir. Bu da, onu hakimiyyətə gətirən, onu dəstəkləyən solçu qüvvələr, Avropa Mərkəzi qüvvələrlə bağlıdır. Amma hazırda heç bir resursa malik deyil”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Turab Rzayev bildirib. Analitikin sözlərinə görə Rusiya avroməkanda onu qoruyur:
“Buna görə ən uyğun variant həm Türkiyə ilə  münasibətlərin loyallaşdırılması və Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır. Rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasının hazırda rəsmi İrəvan üçün önəmlidir. Çünki yalnız bundan sonra o, Rusiyadan nələrsə tələb edə bilər. Azərbaycanla sülh müqaviləsi də bu istiqamətdə atılacaq əsas addımlardandır. Ona görə də, son günlər Paşinyan demarkasiya, delimitasiya, eləcə də yekun sülhlə bağlı ciddi mesajlar verir”.

T.Rzayev rus sülhməramlıları Qarabağ ərazisində olduğu müddətdə Rusiya ilə problemin yenə olacağını qeyd edib:

“Sərhəddəki təxribatlarla Azərbaycanı və Ermənistanı şantaj altında saxlamaqları çətin olacaq. Buna görə də, rəsmi İrəvandan delimitasiya və demarkasiya, eləcə də yekun sülh ilə bağlı böyük gözləntilər var. Paşinyandan son günlər müsbət açıqlamalar gəlir. Zənnimcə, bu, Ermənistanın siyasi rəhbərliyinin avroməkan ilə bağlı qərarıdır. Onlar düşünürlər ki, Azərbaycanla sülh müqaviləsi bağlansa, Türkiyə ilə münasibətlər yaxşılaşsa, gələcəkdə Rusiyadan qorxmadan Qərbə inteqrasiya etmək daha rahat olacaq”. 

Cəmilə ƏZİM