Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq müzakirə olunub - FOTO

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelylə görüşüb.

Bu barədə avropalı diplomat "Twitter"də yazıb.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyəti barədə söhbət etdik. Tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik. Aİ-nin Cənubi Qafqaza dəstəyilə bağlı məsələlərə toxunduq”, - Oliver Varhely qeyd edib.