Şoltsun Moskvaya səfəri fevralın 15-də baş tutacaq

Almaniya kansleri Olaf Şolts fevralın 15-də Rusiyaya səfər edəcək, bundan əvvəl isə onun Vaşinqton və Kiyevə səfəri nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Səfərlərin əsas məqsədi Ukrayna ətrafında gərginliyi azaltmaq olacaq. Belə ki, kansler Ukrayna ətrafındakı vəziyyətlə bağlı diplomatik səyləri gücləndirmək niyyətindədir.

Fevralın 8-də Şolts Fransa və Polşa prezidentləri Emmanuel Makron və Anjey Duda ilə “Veymar üçbucağı” formatında danışıqlar aparacaq.