Minalanmış ərazilərdən dəmir yığan şəxslər həbs olundu


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün saxlanılaraq RPŞ-yə gətirilib.

Barələrində toplanmış materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.