Peskov planlaşdırılan Ərdoğan-Putin görüşü barədə danışdı


Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edəcəyi tarix hələlik müəyyən edilməyib.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, ilk növbədə Ankarada ikitərəfli görüş keçiriləcək.

O, Putinlə Zelenskinin Türkiyə ərazisində görüşünün təşkili təşəbbüsünə ilə bağlı hələlik heç bir anlaşmanın olmadığını bildirib.

Mənbə: Gazeta.ru