“Həmçinin hakimiyyətdən narazı qalan kifayət qədər banderloqqlar, silahlı qruplar, terrorçu dəstələr var”
“Bazar dedikdə dövlətin iqtisadi göstəriciləri ağıla gəlir. Həmçinin ölkənin çox mühüm bir nöqtəsi nəzərdə tutulur"
Ötən gün İrəvanın “Sürməli” topdansatış bazarında partlayış baş verib. Ermənistanın Baş naziri Nikol Paşinyan hadisə yerinə gedib. Yanğın nəticəsində ölən, yaralanan və itkin düşənlər var. Bu barədə Ermənistanın "Telegram" kanalları məlumat yayıb. Verilən xəbərə görə, 28 nəfər zərərçəkmişə tibbi yardım göstərilib, 28 vətəndaş evə buraxılıb. Partlayışdan sonra 15 nəfər itkin düşüb. Onların taleyi bilinmir. 6 nəfər isə ölüb.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli baş verən hadisəni "Sherg.az"a şərh edib. Onun sözlərinə görə, söhbət Ermənistandan gedirsə, təxribat ehtimalı yüksəkdir:
"Ölkədə onlarla terror təşkilatı var. Uzun illər Azərbaycana, ümumilikdə türk dünyasına qarşı silahlanıblar, hərəkətə keçiblər. Eyni zamanda bu aktları icra ediblər.
Baş nazir Nikol Paşinyan partlayış olduğu yerə gedib. Fotolardan da aydındır ki, mühafizəçilərlə qorunur. Qorumaların say çoxluğundan demək olar ki, bu adam görünmür. Siyasi qeyri-sabitlik olan ölkə üçün analoji olayların yaşanması xarakterikdir.
Həmçinin hakimiyyətdən narazı qalan kifayət qədər banderloqqlar, silahlı qruplar, terrorçu dəstələr var. Bazar dedikdə dövlətin iqtisadi göstəriciləri ağıla gəlir. Həmçinin ölkənin çox mühüm bir nöqtəsi nəzərdə tutulur".