Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş tərəflərin vəziyyəti nizamlamaq üçün razılığa gəlməsi şərti ilə mümkün olacaq. Lakin hələ aktuallıq daşımır.
“Sherg.az” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.
"Putin-Zelenski görüşünə gəlincə, heç nə dəyişməyib. Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün ən yüksək səviyyədə təsdiq oluna biləcək razılaşmaların təməlinin qurulması istiqamətində müəyyən işlər görülməlidir. Amma bu hələ gündəmdə deyil”-, D.Peskov deyib.
Mənbə: TASS