"Azərbaycanın xarici siyasəti əməkdaşlıq, qarşılıqlı maraqlar üzərində qurulub".
Bunu "Sherg.az"a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bölgəni sabitlik, sülh, tərəfdaşlıq bölgəsinə çevirmək istəyir:
"Avropa ölkələri, Qərb və qardaş türk dövlətləri ilə sıx münasibətlər qurulur.
Ölkəmiz Şərq istiqamətində də əməkdaşlığını genişləndirir. Orta Asiya ilə yanaşı qardaş və dost ölkə kimi Pakistanı daxil etmək olar.
Azərbaycanın İtaliya, İspaniya ilə uğurlu strateji tərəfdaşlığı var. Biz əlaqələri daha da genişləndirmək istəyirik.
Enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya göstərmişik. Bizim Rusiya ilə də əlaqələrimiz yaxşıdır. Qonşuluq münasibətlərini qoruyuruq".