"Partiyanın işi seçkilərdə iştirak etməkdir”.
Bunu "Sherg.az"a açıqlamasında siyasi partiyanın hansı hallarda ləğv olunacağı barədə yeni qanuna münasibət bildirən Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib.
Onun sğzlərinə görə, bu iş siyasi cəhətdən mövcud durumdan asılıdır:
“Bəzən partiya qərar verir ki, seçkilərdə iştirak etməsin. Qanun layihəsindəki qərar siyasi partiyaların fəaliyyətini təzadlaşdırır. Bu məsələyə o qədər də isti yanaşmıram".
Qeyd edək ki, qərar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanuna əsasən, Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə siyasi partiya ləğv edilir.