Paşinyan erməniləri peşman edir

“Erməni xalqı Paşinyan hakimiyyətindən peşmandır.Lakin onu əvəz edəcək adam da tapa bilmir”.
Bunu “Sherg.az”a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı daxili vəziyyətdən danışarkən deyib.
Analitik qeyd edib ki, erməni xalqı artıq Qarabağ problemindən əl çəkib:

“Onlar Qarabağın sahibinin Azərbaycanın olduğunu və torpaqları bizə qaytarılmalısını  dəstəkləyir. Çünki  ermənilər  dövlətlərinin yaşaması üçün bizimlə əlaqə qurmağın vacibliyini dərk edirlər. 

Nikol Paşinyanı da bunun üçün hakimiyyətə gətirdilər. Erməni mətbuatının bəzi nümayəndələri belə Qarabağın Azərbaycanın olduğunu yazır. Hətta bəzi jurnalistlər Sarkisyanı və Koçaryanı tənqid edərək onların Qarabağ siyasətini ələ salıblar. İndi isə xalq başa düşür ki, Paşinyan da torpaqları Azərbaycana qaytarmaqdan imtina edir. 

O da posta gəldikdən sonra artıq milliyətçi Sarkisyanın və Koçaryanın bir tayı olub. Lakin onu əvəz edəcək adam tapmadıqları üçün hələ də hakimiyyətdədir. 

O ağıllanıb rəsmi Bakı ilə səmimi əlaqələr qurmalı  və 10 Noyabrda üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bundan sonra rəsmi İrəvandakı daxili vaziyyət yaxşılaşacaq. Ermənistan baş naziri hakimmiyyətə  niyə gətirildiyinin mahiyyətini anlamalıdır”.