"Şərqi Avropada, Qafqazlarda, keçmiş MDB ölkələrində vəziyyət kifayət qədər gərgindir. Qərb Saakaşviliyə dəstək verib, hüquqlarını müdafiə etməyə çalışır. Lakin Gürcüstan hakimiyyəti ilə zidiyyətlər yaradıb, gürcüləri Rusiya tərəfə itələmək istəmir”.
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turab Rzayev deyib.
Siyasi şərhçinin dediklərinə görə, Gürcüstan durumdan incəliklə yararlanır, Qərbin təsirini neytrallaşdırmağa çalışır:
"Qərbin əsas məqsədi Ukrayna cəbhəsində, Rusiyada qalib gəlməkdir. Eləcə də, alınarsa, Gürcüstan cəbhəsindən, Qafqazdan və Mərkəzi Asiyadan Rusiyaya əlavə zərbə endirməkdir.
Gürcü hakimiyyəti də ustalıqla oynayır. Qərb birbaşa gürcü hakimiyyətinə təyziq göstərməyəcək. Çünki həmin təyziq gürcü hakimiyyətini Qərbdən uzaqlaşdırıb, Rusiyaya yaxınlaşdıracaq. Rusiya Ukrayna müharibəsinin nəticəsindən və Gürcüstanın seçimindən asılı olaraq, Qərb, xüsusilə, ABŞ və Böyük Britaniya gələcəkdə təyziqi artıracaq.
Ukrayna müharibəsində Rusiya tezliklə böyük zərər görsə, Qərb Gürcüstana təyziq göstərəcək. Gürcüstan da Rusiyaya qarşı cəbhə almaqda, eks-prezidenti Mixail Saakaşvilini azad etməkdə güzəştə getməyə məcbur olacaq. Gürcü hökumətindən mövqe qoymasının tələb edilməsi də mümkündür Rəsmi Tiflis Moskvaya qarşı Qərbin yanında yer almazsa, o zaman Qərb Saakaşvili kartını yenidən ortaya ata bilər".
Qeyd edək ki, eks-prezident M.Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, bir sıra cinayət işlərində müttəhimdir